BAYRAQDAR MEDİA – 2026-cı il iyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı nəzərdə tutulur. Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.
Forum çərçivəsində “Nə yaxınmış uzaqlar!”, “Köklərdən gələcəyə körpü” adlı panel müzakirələri aparılacaq.
Forumdan əvvəl – iyunun 23-24-də qonaqlar Naxçıvana səfər edəcək, AMEA-nın Naxçıvan Bölməsində “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirədə iştirak edəcək, daha sonra Naxçıvanın zəngin tarixi-mədəni irsini əks etdirən bir sıra görməli məkanları ilə tanış olacaqlar.






İlk şərhi yaza bilərsiniz