BAYRAQDAR MEDİA – İyunun 16-da Paris şəhərində mədəniyyət naziri Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə UNESCO çərçivəsində çoxtərəfli əməkdaşlıq, mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub. Nazir Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib”.
Ardınca xəbərdə, “tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin beynəlxalq əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar. Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz