BAYRAQDAR MEDİA – “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdi “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsi çərçivəsində Kürdəmir rayonu Peşə Liseyində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsinin icrasına cəlb olunan əməkdaşı Qismət İsmayılov bildirib ki, 44 günlük vətən müharibəsində əldə olunan qələbə tarixdə unudulmayacaq şanlı zəfərdir. Bu zəfər dərsliklərə salınacaq, kinolara çəkiləcək, sənədli filmlərdə əks olunacaq.

Qismət İsmayılov çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini söyləyib. O, bu istiqamətdə maarifləndirmə tədbirlərinə zərurət olduğunu deyib.
Tədbirdə çıxış edən Peşə Liseyin tədris hissə müdiri Əli Ağayev Azərbaycan ordusunun qəhrəmanlığından danışıb. Bildirib ki, müzəffər ordumuz böyük qəhrəmanlıq göstərərək 30 il erməni işğalı altında olmuş torpaqlarımız azad etdi.
Liseyin təlim ustası Təranə Quliyeva, Vətən Müharibəsi iştirakçısı Xaliq Həsənov və digərləri çıxışlarında Vətən Müharibəsində qazanılan parlaq hərbi qələbəyə görə şəhidlərimizə borclu olduqlarını və hər zaman onları xatırlayacaq, yad edəcəklərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.






İlk şərhi yaza bilərsiniz