Press "Enter" to skip to content

Azərbaycanın süni intellekt strategiyasından danışılıb

Azərbaycanın süni intellekt strategiyasından danışılıb

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional rəqəmsal iqtisadiyyatların inkişafı üçün süni intellektin potensialından istifadə” adlı panel müzakirədə çıxış edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)
mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nazir müavini bildirib ki, süni intellekt ölkələrimiz üçün iqtisadiyyatı gücləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və regionun daha da yaxınlaşmasına töhfə vermək baxımından mühüm imkanlar yaradır. S.Əsədov çıxışında Azərbaycanın milli süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində atdığı konkret addımlar barədə məlumat verib, qəbul olunan strateji sənədlərin vahid yol xəritəsi təqdim etdiyini deyib”.

Ardınca xəbərdə, “eyni zamanda qeyd edib ki, Azərbaycanda süni intellekt daha geniş rəqəmsal transformasiya prosesinin və innovasiyalara əsaslanan iqtisadiyyatın ayrılmaz hissəsi kimi qiymətləndirilir. Ancaq heç bir dövlət süni intellektin bütün üstünlüklərindən təkbaşına yararlana bilməz. Regional əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir və bu baxımdan İslam İnkişaf Bankının birləşdirici platforma kimi rolu ön plana çıxır. Üzv ölkələr üçün ən səmərəli yanaşma regional əməkdaşlığı genişləndirməkdir. Nazir müavini Azərbaycanın birgə rəqəmsal platformalar və süni intellekt sistemlərinin idarə olunması ilə bağlı dialoqu dəstəklədiyini də diqqətə çatdırıb” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.