Press "Enter" to skip to content

“Kənddən Şəhərə” yarmarkası

“Kənddən Şəhərə” yarmarkası

BAYRAQDAR MEDİA – 20-21 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən 20-ə yaxın regiondan , 40-a yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər”.

Daha sonra xəbərdə, “məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər. Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək” deyə diqqətə çatdırılır.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.