BAYRAQDAR MEDİA – Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Gənclər qarşısında çıxış edən V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib”.






İlk şərhi yaza bilərsiniz