Press "Enter" to skip to content

Saffet Kayanın artan çəkisi yaxınlarını narahat edir

Saffet Kaya qhumlar arasında

BAYRAQDAR MEDİA – Türkiyənin sabiq millət vəkili Saffet Kayanın son vaxtlar kəndbəkənd gəzərək qatıldığı qonaqlıqlar və zəngin süfrələrdə iştirak etməsi onun səhhəti ilə bağlı narahatlıqlara səbəb olub.

Bu barədə ardahanhaber.com.tr məlumat yayıb.

Bildirilib ki, həmyerlilərinin dəvətlərini geri çevirməyən Kaya gün ərzində 4-5 müxtəlif tədbirə qatılır: “Onun şərəfinə təşkil olunan süfrələrdə əsasən qurban əti və yerli təamlar təqdim edilir. Müşahidələrə görə, bu intensiv proqram nəticəsində Kayanın çəkisində nəzərəçarpacaq artım baş verib. O, Posof Mədəniyyət və İncəsənət Festivalından sonra Türkgözü və Təpələr kəndlərində də qonaq olub, sakinlərlə görüşərək onların problemlərini dinləyib”.

Yerli mətbuat Kayanın yüksək kalorili qidalara üstünlük verməsinin sağlamlığı üçün risk yarada biləcəyini qeyd edib. Sosial şəbəkələrdə isə bununla bağlı müxtəlif zarafat və narahatlıq dolu şərhlər paylaşılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.