Press "Enter" to skip to content

Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri

Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri

​BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “hazırda proses çərçivəsində Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə işləri aparılır. ​Mütəxəssislərin apardığı davamlı müşahidələr nəticəsində zərərvericinin ocaqları müəyyənləşdirilmiş və vaxtında müdaxilə təmin olunub. Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır”.

​Qeyd edək ki, Amerika ağ kəpənəyi həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan zərərvericilərdən biridir. Onun vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacib şərtdir. AXA tərəfindən bitki mühafizəsi istiqamətində başlanılan bu kimi profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.