BAYRAQDAR MEDİA– Antalya Böyükşəhər Bələdiyyəsinin mühüm mədəniyyət ocaqlarından biri olan Antalya Oyuncaq Muzeyi hər yaşdan ziyarətçinin böyük marağına səbəb olur. Muzeydə 1860-cı illərdən 1980-ci illərə qədər olan dövrü əhatə edən, tarixi və antik dəyərə malik 3 minə yaxın oyuncaq nümayiş etdirilir.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, Türkiyənin ilk Oyuncaq Muzeyinin banisi, şair və yazıçı Sunay Akının təşəbbüsü ilə yaradılan muzey ziyarətçilərə nostalji ab-hava bəxş edir: “Almaniya, ABŞ, Yaponiya və digər ölkələrdən gətirilmiş nadir eksponatlar, eləcə də Sənaye İnqilabından sonra istehsal olunan ilk oyuncaqlar burada sərgilənir. Tarixi oyuncaqlar böyükləri uşaqlıq illərinə apararkən, balacalara müxtəlif dövrlərin oyuncaq mədəniyyətini yaxından tanımaq imkanı yaradır”.
Məlumata görə, muzeydə 3 yaşdan yuxarı uşaqlar üçün ailələri və məktəb qrupları ilə birlikdə iştirak edə biləcəkləri müxtəlif yaradıcılıq emalatxanaları da təşkil olunur. Bu məşğələlər uşaqların əylənərək öyrənməsinə şərait yaratdığı üçün valideynlər tərəfindən də böyük maraqla qarşılanır.






İlk şərhi yaza bilərsiniz