Press "Enter" to skip to content

Bol ot məhsulu heyvandarları sevindirib

Otlaq

BAYRAQDAR MEDİA – Ağrı dağının ətəyində yerləşən yaylalarda ilin təxminən altı ayını keçirən heyvandarlar bu il yağıntıların bol olması səbəbindən ot örtüyünün zənginliyindən razıdırlar. Əvvəlki illərdə quraqlıq səbəbindən sürülərini daha yüksək ərazilərə aparmaq məcburiyyətində qalan fermerlər bu mövsüm məhsuldar yaylaq mövsümü yaşayırlar.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, İğdırdan Korhan, Gevro, Kavaktepe, Serdarbulak və Bilican yaylaqlarına köç edən heyvandarlar 2-3,5 min metr yüksəklikdə yerləşən ərazilərdə xüsusilə xırdabuynuzlu heyvanlarını rahat şəkildə otara bilirlər. Onlar su ehtiyacını isə Ağrı dağında əriyən qar və buzlaqlardan yaranan təbii su mənbələrindən qarşılayırlar.

Heyvandar Gaffer Çakar bildirib ki, bol yağıntılar sayəsində bu il ot çox olduğundan heyvanlar rahat otlayır və onlar qar yağana qədər yaylaqda qalacaqlar. Yaylaqda ailəsi ilə birlikdə yay tətilini keçirən məktəbli Leyla Çakar burada yaşamağı sevdiyini, lakin qoyunlara qulluq etməyin bəzən çətin olduğunu deyib.

Digər yaylaq sakini Herdem Çakır isə bildirib ki, bu il otun bol olması həm heyvandarlığa, həm də pendir istehsalı kimi kənd təsərrüfatı işlərinə müsbət təsir göstərib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.