Press "Enter" to skip to content

“Əbədi birlik” 5 yaşında

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Əbədi Birlik Gənclər İctimai Birliyinin yaradılmasının 5-ci ildönümü münasibətilə “Əbədi Birlik – 5 il: birlikdən gələcəyə”adlı yubiley tədbiri keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, proqram Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarını fəda edən dəyərli şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Bundan sonra “Əbədi Birlik” Gənclər İctimai Birliyinin son beş ildəki layihələrini və nailiyyətlərini nümayiş etdirən tanıtım filmi nümayiş etdirilib. Proqramın aparıcısı Amalya Əhmədova “Əbədi Birlik” Gənclər İctimai Birliyinin yarandığı gündən bəri fəaliyyəti, milli və mənəvi dəyərlərin qorunmasına, gənclərin inkişafına və türk dünyasının birliyinə verdiyi töhfələr barədə məlumat verib.

Yubiley proqramında çıxış edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və prezidenti Şahin Əliyev təşkilatın beş illik fəaliyyət dövrünə nəzər saldı, həyata keçirilən layihələr, əldə edilən nailiyyətlər və gələcək hədəflər barədə məlumat verib. Əliyev bildirib ki, “Əbədi Birlik” sadəcə bir vətəndaş cəmiyyəti təşkilatı deyil, eyni ideal ətrafında birləşən böyük bir insan ailəsidir və qarşıdakı illərdə gənclərin inkişafına, milli dəyərlərin qorunmasına və türk dünyasının birliyinə xidmət edən layihələri qətiyyətlə davam etdirəcəklər.

Proqram zamanı “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Vətəndaşların Sosial Rifahı İctimai Birliyinin sədri İradə Rizazadə, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət (Muğan) Əliyev, Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayev, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin vitse-prezidenti İlkin Məmiyev və uzun illər təşkilatın Kuzey Kıbrıs nümayəndəsi vəzifəsində çalışmış Serdar Şengül çıxış edərək təşkilatın son beş ildəki fəaliyyətini yüksək qiymətləndirib və komandaya gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Yubiley proqramı bədii çıxışlarla davam edib. Tanınmış sənətçilər Cəmilə Məmmədli, Fatimə Quliyeva, Musa Bağdayev, Jalə Memmedova və Bəxtiyar Abdullayev öz çıxışları ilə proqrama rəng qatıblar. Dombra sənətçisi Adnan Əmirli Qazaxıstan və Qırğızıstanın ənənəvi melodiyalarını ifa edərək türk dünyasının ortaq mədəni irsini iştirakçılara çatdırıb.

Proqramda həmçinin CASFCEN sədri Nadir İsmayılov, müharibə veteranları, ictimaiyyət nümayəndələri, media nümayəndələri, gənclər və çoxsaylı qonaqlar iştirak ediblər. Proqramın sonunda xatirə şəkilləri çəkilib, yubiley tortu kəsilib və “Əbədi Birlik” Gənclər İctimai Birliyinin beş illik fəaliyyəti birlik və həmrəylik ruhunda qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.