BAYRAQDAR MEDİA – Tuzluca Bələdiyyəsinin sədri Ahmet Sait Sadrettin Türkanın rəhbərlik etdiyi nümayəndə heyəti Iğdır Universitetinin rektoru professor Ekrem Gürellə görüşüb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, görüş zamanı universitetlə bələdiyyə arasında əməkdaşlığın daha da gücləndirilməsi, Tuzluca rayonu başda olmaqla bölgənin inkişafına yönəlmiş birgə layihələr və yerli idarəetmə ilə akademik mühit arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Rektor Ekrem Gürel mövcud səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inandığını bildirib. Ahmet Sait Sadrettin Türkan isə universitetin bölgənin sosial, mədəni və iqtisadi inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiklərini vurğulayaraq qonaqpərvərliyə görə rektora təşəkkür edib. Görüş xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz