Press "Enter" to skip to content

İranda dörd azərbaycanlıya ümumilikdə 40 il həbs cəzası

İranda dörd azərbaycanlıya ümumilikdə 40 il həbs cəzası

BAYRAQDAR MEDİA – Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi Abbas Lisani, Əli Xeyirci, Yusif Kari Behzad Dəşti barəsində həbs hökmü çıxarıb.

Xəbəri “Təbriz-Turan-TV” Telegram kanalı yayımlayıb.

Xəbərdə deyilir ki, “qərara əsasən, Abbas Lisani 15 il, Yusif Kari 10 il, Behzad Dəşti 10 il, Əli Xeyirci isə 5 il azadlıqdan məhrum edilib. Abbas Lisani “ölkə daxilində türk separatçı qrupu yaratmaq və ona rəhbərlik etmək”, Yusif Kari və Behzad Dəşti isə həmin qrupa üzv olmaq ittihamı ilə əlavə həbs cəzaları alıblar. Dörd nəfərin hər biri həmçinin “milli təhlükəsizlik əleyhinə əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib”.

Bildirilib ki, “Abbas Lisani və Yusif Kari barəsində hökm qiyabi çıxarılıb və onlar qərarın rəsmi təqdim edilməsindən sonra 20 gün ərzində etiraz edə bilərlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.