BAYRAQDAR MEDİA – Avqustun 5-də doğma yurdlarına yola salınan köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Xocavənd şəhərində 81 nəfərdən ibarət 20 ailəyə, Xocavənd kəndində 17 nəfərdən ibarət 5 ailəyə, Qırmızı Bazar qəsəbəsində isə 9 nəfərdən ibarət 2 ailəyə yeni mənzillərinin açarları təqdim edilib. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin QMKİDK-nin nümayəndələri iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz