Press "Enter" to skip to content

Koreya İnkişaf İnstitutunda təqaüdlə təhsil

Koreya İnkişaf İnstitutunda təqaüdlə təhsil

BAYRAQDAR MEDİA – Koreya İnkişaf İnstitutunun (KDI) Dövlət Siyasəti və İdarəçiliyi Məktəbi (KDIS) tərəfindən 2027-ci ilin yaz semestri üzrə Azərbaycan vətəndaşları üçün magistratura və doktorantura proqramlarına qəbul elan edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərrə qeyd olunur ki, “Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına dövlət siyasəti, inkişaf siyasəti, dövlət idarəçiliyi və əlaqəli ixtisas sahələri üzrə Koreyanın Seul şəhərində yerləşən KDIS-də əyani formada magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradılır. Təqaüd proqramına müraciət üçün son tarix 14 avqust 2026-cı il, Koreya vaxtı (GMT+9) ilə saat 18:00 müəyyən edilib”.

Ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.