Press "Enter" to skip to content

AQTA sədri dondurma istehsalı müəssisəsində olub

“Camal LTD” MMC-nin fəaliyyəti ilə tanışlıq

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Iceland” ticarət markası altında dondurma məhsulları istehsal edən “Camal LTD” MMC-nin fəaliyyəti ilə tanış olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmərindən daxil olub.

Xəbərdə deyilir ki, “AQTA sədri müəssisənin istehsal və emal sahələri, laboratoriya bölməsi və sınaq imkanlarını izləyib, həmçinin hazır məhsulların saxlanması və daşınması mərhələlərinə baxış keçirib. Müəssisənin istehsal potensialı, qida təhlükəsizliyinin təmin edilməsi, dondurma məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib”.

Sonra xəbərdə, “qeyd olunub ki, şirkət müasir standart və texnologiyalardan istifadə etməklə müxtəlif çeşiddə dondurmalar istehsal edir. Məhsulun istehsal prosesində qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri tətbiq olunur. Tanışlıq zamanı qida təhlükəsizliyi tələblərinin təmin olunması, istehsal proseslərinin təkmilləşdirilməsi və ixrac potensialının genişləndirilməsinin vacibliyi vurğulanıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.