BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Süleyman Çetinsaya İletişim Fakültəsinin tələbə və məzunları TRT-nin “Gələcəyin Kommunikatorları” yarışmasında üç kateqoriya üzrə finala yüksəlib. Universitetin layihələri Radio Yayımçılığı, Kommunikasiya Kampaniyası və Rəqəmsal Yayımçılıq kateqoriyalarında finala vəsiqə qazanıb.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, Radio/Canlı Yayım Təqdimatı kateqoriyasında Kardelen Opan finala yüksəlib: “Kommunikasiya Kampaniyası kateqoriyasında Hafize Tekden, Fadime Patat, Damla İşçi və Miraç Ustanın hazırladığı layihə finalda iştirak edəcək. Rəqəmsal Yayımçılıq/Poddast kateqoriyasında isə Büşra Doğan, Emirhan Boz və Sevimnur Gelin layihələri ilə finala çıxıblar”.






İlk şərhi yaza bilərsiniz