Press "Enter" to skip to content

İlk dərslərin mövzusu “Terrorsuz Türkiyə” olacaq

Yükseköğretim Kurulu

BAYRAQDAR MEDİA – Türkiyə Ali Təhsil Şurası 2026-2027-ci tədris ilinin açılış mərasimlərində və ilk dərslərdə “Terrorsuz Türkiyə” hədəfinin müzakirə olunmasını universitetlərə tövsiyə edib.

Bu barədə bomba32.com saytı məlumat yayıb.

Məlumata görə, Ali Təhsil Şurasının rəhbəri Erol Özvarın imzası ilə universitetlərə göndərilən məktubda milli birlik, təhlükəsizlik və ictimai həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Universitetlərdən mövzunun sosial, iqtisadi, hüquqi, siyasi, mədəni və təhlükəsizlik aspektləri üzrə araşdırılması, panel, konfrans və seminarların keçirilməsi istənilib.

Bildirilib ki, bu müzakirələr tələbələrin mövzu ilə bağlı məlumatlılığının artırılmasına və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət edə bilər. Ali məktəblərdən prosesə lazımi həssaslıqla yanaşmaları tələb olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.