BAYRAQDAR MEDİA – Iğdır Universitetinin Şəhid Bülent Yurtseven Kampusu ilə şəhər mərkəzi arasındakı ictimai nəqliyyatın vəziyyəti yeni tədris ili öncəsi keçirilən toplantıda müzakirə olunub. Iğdır vali müavini Burak Yılmazın rəhbərlik etdiyi görüşdə universitet rəhbərliyi, aidiyyəti dövlət qurumlarının nümayəndələri və şəhərdaxili mikroavtobus kooperativlərinin rəhbərləri iştirak edib.
Univerisitetin məlumatına görə, toplantıda tələbələrin və sürücülərin qarşılaşdığı problemlər, reys saatları, nəqliyyat imkanları və yeni tədris ili ilə bağlı gözləntilər nəzərdən keçirilib. İctimai nəqliyyatın daha təhlükəsiz, keyfiyyətli və səmərəli təşkili üçün qurumlararası koordinasiyanın əhəmiyyəti vurğulanıb.
Görüşdə tələbələrin nəqliyyat rahatlığının artırılması ilə bağlı təkliflər də qiymətləndirilib.






İlk şərhi yaza bilərsiniz