BAYRAQDAR MEDİA – Atatürk Universiteti 2026-cı il Performans Qiymətləndirməsində əvvəlki illə müqayisədə üç pillə irəliləyərək Araşdırma Universitetləri arasında 13-cü yeri tutub. Universitet 2023 və 2024-cü illərdə 17-ci, 2025-ci ildə isə 16-cı sırada qərarlaşmışdı.
Bu barədə universitetin məlumatına qeyd edilib.
Məlumatat görə, yeni nəticə ilə Atatürk Universiteti Ankara və İstanbuldan kənarda yerləşən universitetlər arasında ən yüksək göstəriciyə sahib ali məktəb olub. Universitet keyfiyyət göstəricisi üzrə də 3-cü yeri tutub. Rektor Prof. Dr. Ahmet Hacımüftüoğlu nəticəni elmi və tədqiqat yönümlü inkişaf strategiyasının göstəricisi kimi qiymətləndirərək universitetin elmi istehsal gücünü daha da artıracağını bildirib.






İlk şərhi yaza bilərsiniz