BAYRAQDAR MEDİA – Erciyes Universitetində 39-cu Ahilik Həftəsi tədbirləri çərçivəsində “Ahilik və Anadolu Qadınları Təşkilatı” mövzusunda panel keçirilib. Tədbirdə Kayseri valisi Gökmen Çiçek, Türkiyə Ticarət nazirinin müavini Mahmut Gürcan, universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, akademiklər və tələbələr iştirak ediblər.
Universitetin məlumatına görə, çıxışlarda Ahilik ənənəsinin dürüstlük, yardımlaşma, əxlaq və ədəb prinsiplərinə əsaslandığı, Anadolu ictimai və ticarət həyatında mühüm rol oynadığı vurğulanıb. Mahmut Gürcan qadın və gənc sahibkarların elektron ticarətdə daha fəal iştirakının dəstəklənməsi üçün müxtəlif proqramlar həyata keçirildiyini bildirib.
Daha sonra Ahilik və Anadolu qadınları təşkilatına həsr olunmuş dinlədici proqramı və panel keçirilib.






İlk şərhi yaza bilərsiniz