BAYRAQAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin tələbə topluluqları Türkiyə Gənclik və İdman Nazirliyinin ÜNİDES proqramının 5-ci mərhələsində 6 layihə ilə dəstək qazanıb. 81 şəhərdən təqdim olunan 3 min 764 layihə arasından 295-i milli, 749-u yerli olmaqla ümumilikdə 1 min 44 layihə dəstəklənib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, ÇOMÜ-nün Sinir Elmləri və Veri Elmləri klublarının layihələri milli, Motosiklet, Süni İntellekt, Ekoloji Planlaşdırma və Dizayn və Gənc Liderlər klublarının layihələri isə yerli kateqoriyada dəstək alıb. Layihələr fəlakətlərin idarə olunması, elm və texnologiya, ətraf mühit, iqlim və gənclərin ictimai iştirakçılığı kimi istiqamətləri əhatə edir.
Universitet rektoru tələbələrin elmi, sosial və ictimai fayda yaradan layihələrlə uğur qazanmalarından məmnunluğunu ifadə edib.






İlk şərhi yaza bilərsiniz