BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 29-da saat 10:00-da Şabran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarının sakinləri Şabran DAİM-ə (077-553-96-13) müraciət edə bilərlər”.






İlk şərhi yaza bilərsiniz