BAYRAQDAR MEDİA – Erciyes Universiteti YÖK tərəfindən açıqlanan 2026-cı il Araşdırma Universitetləri Performans Sıralamasında A2 kateqoriyasında 14-cü yerdəki mövqeyini qoruyub. Universitet dövlət ali məktəbləri arasında 11-ci, 23 araşdırma universiteti arasında əməkdaşlıq göstəricisinə görə isə 7-ci olub. Araşdırma əməkdaşlığı üzrə 11,03 bal toplayan Erciyes Universiteti dövlət universitetləri arasında 4-cü, İstanbul, Ankara və İzmir xaricindəki araşdırma universitetləri arasında isə 1-ci yerdə qərarlaşıb.
Universitet araşdırma potensialı üzrə 22,20, araşdırma keyfiyyəti üzrə 20,03, əməkdaşlıq üzrə isə 11,03 bal olmaqla ümumilikdə 53,26 bal toplayıb. Rektor Prof. Dr. Fatih Altun nəticənin universitetin davamlı araşdırma ekosistemi və əməkdaşlıq imkanlarını göstərdiyini bildirib.






İlk şərhi yaza bilərsiniz