Press "Enter" to skip to content

Azərbaycan və IEC arasında əməkdaşlığın müzakirəsi

Azərbaycan və IEC arasında əməkdaşlığın müzakirəsi

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycanın IEC-yə assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar üzrə beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub. IEC-nin Baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın cari ildən təşkilatın assosiativ üzvü olmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycana dəstək göstərməyə hazırdır”.

Daha sonra xəbərdə, “energetika naziri Azərbaycanda enerji keçidi istiqamətində həyata keçirilən islahatlar, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Enerji sektorunda normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdən, eləcə də COP29 çərçivəsində irəli sürülmüş enerji təşəbbüslərinin davam etdirilməsindən bəhs olunub. Enerji sektorunda həyata keçirilən layihələrdə müasir texnologiyaların tətbiqi baxımından IEC-nin texniki təcrübəsindən və standartlaşdırma mexanizmlərindən istifadənin əhəmiyyəti qeyd edilib. Görüşdə elektrikləşmənin qlobal enerji sisteminin və iqtisadiyyatın gələcək inkişafında əsas tendensiyalardan birinə çevrildiyi qeyd olunub. Bu baxımdan yalnız yeni enerji istehsal güclərinin yaradılmasının deyil, elektrik enerjisinin ötürülməsi, mübadiləsi və istehlakçılara çatdırılmasını təmin edən müasir infrastrukturun inkişafının da vacibliyi diqqətə çatdırılıb. Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə fikir mübadiləsi aparılıb” deyə diqqətə çatdırılır.

IEC ilə Milli Elektrotexniki Komitə və müvafiq texniki işçi qrupları çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yerli mütəxəssislərinin standartların hazırlanması prosesində daha fəal iştirakının vacibliyi qeyd olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.