Press "Enter" to skip to content

Güney Azərbaycan Komissiyasının növbəti görüşü keçirilib

Sabir Rüstəmxanlı

BAYRAQDAR MEDİA – AYB-nin Güney Azərbaycan Komissiyasının növbəti görüşündə idarə heyətinin və komissiyanın üzvləri bir araya gəliblər. Görüşdə Güney Azərbaycanda baş verən son hadisələr, mövcud durum, ədəbi-bədii mühitdə gedən proseslər və milli-mədəni həyatın aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu haqda xəbəri Sabir Rüstəmxanlı yayıb.

Xəbərdə deyilir ki, “Komissiyanın sədri, Xalq şairi Sabir Rüstəmxanlı, güneylii şair -jurnalist Məsud Haray, tərcüməçi Yədulla Kənani, idarə heyətinin üzvləri – araşdırmaçı Pərvanə Məmmədli, şair Həmid Herisçi çıxış edərək Güney Azərbaycanın bugünkü problemləri, ədəbi-mədəni mühitdə müşahidə olunan çatışmazlıqlar və gələcəkdə görülməsi vacib olan işlərlə bağlı fikirlərini bölüşüblər”.

Bildirilib ki, “görüşdə qarşıdakı fəaliyyət planları da müzakirə olunub. Bu il həyata keçirilən tədbirlərin davamı olaraq tanınmış milli şair Səhəndin və Güney Azərbaycanın milli fikir və elmi tarixində mühüm iz qoymuş Məhəmmədtağı Zehtabinin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Güney Azərbaycanın ədəbi-mədəni həyatını, çağdaş ədəbi prosesi və yaradıcı qüvvələri əhatə edəcək ədəbi dərginin nəşrə hazırlanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb”.

Qeyd edilib ki, “görüş Güney Azərbaycanın milli-mədəni və ədəbi həyatına daha yaxından dəstək göstərilməsi, mövcud problemlərin diqqətdə saxlanılması və qarşıdakı fəaliyyətin daha sistemli şəkildə davam etdirilməsi ilə bağlı müzakirələrlə yekunlaşıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.