BAYRAQDAR MEDİA – Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı (HTP) vasitəsilə Mərakeş Krallığında təhsil almaq hüququ qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən daxil olub.
Xəbərdə vurğulanır ki, “bu imkan 2026-cı il fevralın 16-da Mərakeşin paytaxtı Rabat şəhərində Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında imzalanmış elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş əsasında yaradılıb. Proqram çərçivəsində seçilmiş azərbaycanlı tələbə 2026–2027-ci tədris ilindən etibarən Mərakeşin Mohammed V Universitetində psixologiya ixtisası üzrə bakalavriat təhsili alacaq. Bu, Azərbaycan və Mərakeş arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin xaricdə təhsil imkanlarının şaxələndirilməsi istiqamətində atılan növbəti addımdır”.






İlk şərhi yaza bilərsiniz