Press "Enter" to skip to content

Müzakirə: “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri”

Müzakirə: “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri”

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “panel müzakirədə KTN və tabeli qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Sığorta Fondunun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, bank sektorunun nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər. Tədbirdə kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi alətlərindən yararlanma imkanları, subsidiyalaşdırma mexanizmləri, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı fəaliyyəti üçün maliyyə resurslarına çıxış və güzəştli kredit imkanları müzakirə olunub”.

Daha sonra xəbərdə, “bununla yanaşı, su təminatı və meliorasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və dövriyyəsi zamanı qida təhlükəsizliyi tələbləri, məhsulların sertifikatlaşdırılması prosedurları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Dövlət Proqramında aqrar sahə üzrə nəzərdə tutulan tədbirlər, dövlət dəstəyi mexanizmləri və bu istiqamətdə fermer və sahibkarlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklif və təşəbbüsləri dinlənilib” deyə diqqətə çatdırılır.

Sonda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.