BAYRAQDAR MEDİA – Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin görkəmli incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi haqqında tədbirlər planına əsasən Xalq artisti, görkəmli sənətkar Yaşar Nurinin 75 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dram Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə çıxış edən Xalq artisti İlham Namiq Kamal, Xalq artisiti Firəngiz Mütəllimova, Əməkdar incəsənət xadimi, Prof. İlham Rəhimli görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən bəhs ediblər. 1978-ci ildə Y.Nurinin Sərsəm Salman rolunda çıxış etdiyi Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında “Dəli yığıncağı” tamaşası nümayiş olunub”.
Bildirək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.






İlk şərhi yaza bilərsiniz