Press "Enter" to skip to content

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə artıb

NKA aparatı

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 sentyabr 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.401 ədəd olub.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadənin genişləndirilməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – avqust aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 405,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon manat və ya 27,9 faiz çoxdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.