BAYRAQDAR MEDİA – Türkiyənin Konstitusiya Məhkəməsi “Yeni Parti”nin adı ilə bağlı müraciətə sentyabrın 29-da keçiriləcək iclasında baxacaq.
Bu barədə haberasir.com saytı məlumat yayıb.
Bildirilib ki, müraciətdə “Yeni Parti” adının 2820 saylı Siyasi Partiyalar Qanununa uyğun olub-olmadığı araşdırılacaq. Həmçinin partiyanın adının və qısaltmasının etibarsız sayılması və siyasi partiyalar reyestrindən çıxarılması tələb olunur.
“Yeni Parti”nin yaradılmasından sonra “Yenilik Partisi” iki partiyanın adlarının oxşar olması ilə bağlı Ali Məhkəmə Baş Prokurorluğuna müraciət edib. Baş Prokurorluq ad oxşarlığı səbəbilə “Yeni Parti”yə adını dəyişməsi üçün sentyabrın 18-dək vaxt verib. Dəyişiklik edilmədiyi üçün məsələ Konstitusiya Məhkəməsinə göndərilib.






İlk şərhi yaza bilərsiniz