Bayraqdar.info – Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində kurqanların tədqiq edilməsi nəticəsində tapılan maraqlı, qədim maddi-mədəniyyət nümunələrinin tapılması ilə bağlı xəbərlərə çox rast gəlirik. Bu tapıntılar…
Posts published by “Sevda Əskər”
Bu yazarımız 7 may 2022-ci il tarixindən BAYRAQDAR MEDİA-dan ayrılıb.
BAYRAQDAR MEDİA-nın redaktoru Sevda Əskər Şirvan (keçmiş Əli-Bayramlı) şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsini bitirib (qiyabi). 1993-cü ildən Neftçala rayonunun Xolqaraqaşlı, 1995-ci ildən isə Kürqarabucaq kənd məktəbində müəllim kimi çalışıb. 1996-cı ildən Bakıda “Kirpi” jurnalı, “Hürriyyət”, “Bu gün”, Şərq”, “Reytinq”, “Vətəndaş Həmrəyliyi”, “Olaylar”, “Assa İrada” İA, “Səs”, “Millətçilik”, “Qazilər”, ATV, Qubada fəaliyyət göstərən “Qafqaz” TV kimi media qurumlarında çalışıb. Yazıları Moskvada “Millətin səsi” qəzetində, Türkiyənin “Ocaq” və “CanAz” saytlarında dərc edilib. Eyni zamanda bir neçə QHT-də ekspert kimi çalışıb. 2011-ci ildə hazırladığı “İçərişəhərin əkiz tayı Lahıc” yazısı Prezident Kitabxanasında saxlanılır. Bu illər ərzində bir sıra beynəlxalq və yerli təşkilatdan mükafatlar alıb. JuHİ və CASCFEN-in üzvüdür. İngilis dili və psixologiya kurslarını bitirib.













