Press "Enter" to skip to content

Vüqar İskəndərov: Azərbaycan dövləti eyni qətiyyəti postmüharibə dövründə də nümayiş etdirir

Bayraqdar.info – “44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri torpaqlarımızın işğalına son qoydu. Onu da deyim ki, müharibədə qətiyyət göstərən Azərbaycan dövləti eyni qətiyyəti postmüharibə dövründə də nümayiş etdirir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda qısa zaman ərzində görülən işlər də deyilənləri təsdiqləyir: “İşğaldan azad edilmiş torpaqlarda qısa zamanda həyata keçirilən genişmiqyaslı işlər bir tərəfdən Azərbaycanın iqtisadi gücünün göstəricisidirsə, digər yandan da ölkəmizin qətiyyətinin, quruculuq niyyətinin təcəssümüdür. Biz bunu işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Qubadlıda da görürük. Bəlli olduğu kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Qubadlı rayonuna səfəri çərçivəsində bır sıra obyektlərin açılışı olub. Təbii ki, bu obyektlər postmüharibə dövründə tikilib”.

Millət vəkili bildirib ki, müharibədən sonra ortaya çıxan mənzərə və Azərbaycan dövlətinin başladığı quruculuq-bərpa işləri bir məqama da işıq saldı: “Bəlli oldu ki, regiona fəlakət gətirən dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qubadlıda postmüharibə dövründə görülən işlər, həmçinin dövlət başçısının “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması həm bizim qurucu xalq, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Unutmaq olmaz ki, həmin ərazilər məhz Ermənistan tərəfindən vəhsicəsinə dağıdlmış, talan edilmişdi. Bu gün bu torpaqların gerçək sahibləri olaraq bizlər erməni vəhşiliyinin qurbanı olan əraziləri dirçəldirik. Bir sözlə, işğaldan azad olunmuş bütün ərazilərdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri bir daha bütün dünyaya bu torpaqların gerçək sahiblərinin kim olduğunu nümayiş etdirir”.

Mission News Theme by Compete Themes.