BAYRAQDAR MEDİA – “14 Fevral – Beynəlxalq Kitab Bağışlanma Günü” münasibətilə “Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirilib. Tədbir “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda reallaşıb.
Bu barədə Forumdan məlumat verilib.
Məlumata görə, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri Güllü Eldar Tomarlı tədbir haqqında məlumat verib.
Mərasimdəki çıxışlarda kitabın və mütaliənin əhəmiyyəti vurğulanıb.
Tədbirdə iştirak edən şagirdlər şeirlər söyləyiblər.
Məlumata əsasən, “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin dəstəyi ilə işıq üzü görən kitablardan 100 ədədi tələbələrə, məktəblilərə, kitabsevərlərə təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatkarı Forumunun rəhbərliyinə, əməkdaşlarına, tədbir iştirakçılarına təşəkkürünü bildirib və qeyd edib ki, təşkilat tərəfindən artıq ənənə halını almış “14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü”’ hər il qeyd olunacaq və kitabsevərlərə kitab bağışlanacaq.





