Press "Enter" to skip to content

Ağgöl Milli Parkına 7 ceyran buraxılıb

Ağgöl Milli Parkına 7 ceyran buraxılıb

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 6 oktyabr 2026-cı il tarixində Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində Ağgöl Milli Parkının ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb: “2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub””.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.