Press "Enter" to skip to content

Azərbaycanın təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

BAYRAQAR MEDİA – İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında sosial müdafiə və məşğulluq sahəsində rəqəmsal transformasiya üzrə təcrübə mübadiləsinin təşviqi məqsədilə “Sosial müdafiə və məşğulluqda rəqəmsalinnovasiyalar” mövzusunda vebinar keçirilib.

Tədbir İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzi (SESRIC) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunub.Vebinarın məqsədi sosial müdafiə və məşğulluq sistemlərində rəqəmsal texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübələrin bölüşdürülməsi, İƏT-ə üzv ölkələr arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi olub.
İƏT-ə üzv ölkələrdən100-dən çox mütəxəssisin iştirak etdiyi vebinardaNazirliyin əməkdaşları Azərbaycanın sosial müdafiə və məşğulluq sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya üzrə təcrübəsi barədə təqdimat ediblər.

Ölkəmizdə vətəndaşlara sosial sahədə xidmətlərin vahid rəqəmsal mühitdə göstərilməsi, məlumatların inteqrasiyası və xidmətlərin proaktivləşdirilməsi istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib.
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi, əmək və məşğulluq sahəsində rəqəmsal informasiya sistemləri, e-sistemlər üzərindən vətəndaşların sosial xidmətlərə çıxışının asanlaşdırılması və xidmətlərin daha çevik, şəffaf şəkildə təqdim edilməsi istiqamətində aparılan işlər diqqətə çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.