Press "Enter" to skip to content

Turizm sahəsində əməkdaşlıq inkişaf etdirilir

Alim Bayel jurnalistlərə açıqlama verərkən

Alim Bayel: 2026-cı ilin yayında III Qazaxıstan-Azərbaycan turizm forumunu təşkil etməyi planlaşdırırıq

BAYRAQDAR MEDİA – 2026-cı ilin yayında Üçüncü Qazaxıstan-Azərbaycan turizm forumunun keçirilməsi planlaşdırılır.

Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Səfir qeyd edib ki, iki qardaş ölkə turizm sahəsində əməkdaşlığı ardıcıl olaraq inkişaf etdirirlər: “2024-cü ildə birgə turizm forumu Bakıda, 2025-ci ildə isə Qubada keçirilib. 2026-cı ilin yayında Üçüncü Qazaxıstan-Azərbaycan turizm forumunu təşkil etməyi planlaşdırırıq. Tədbir bu dəfə Qazaxıstanda – bütün türklər üçün çox böyük mənəvi əhəmiyyətə malik olan Türkistan şəhərində keçiriləcək”.

A.Bayel onu da vurğulayıb ki, Qazaxıstan və Azərbaycan turizm sahəsində tərəfdaşlığı bundan sonra da möhkəmləndirmək və yeni birgə təşəbbüsləri həyata keçirmək niyyətindədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.