Press "Enter" to skip to content

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

İclas zamanı

Son yeniləmə: 4 May 2026

BAYRAQDAR MEDİA – Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Bu barədə Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, öncə Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə daxil edilən üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri barədə məlumat verib. Sonra qanun layihələri Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

İclasın gündəliyində duran sonuncu məsələ – birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi zamanı komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, qanunvericilik aktlarının “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması tapşırılıb. Təqdim olunan layihə də məhz bu tələblərə uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verdikdən sonra komitənin rəyi oxunub, qanun layihəsi birinci oxunuşda Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.