Press "Enter" to skip to content

AQTA-dan yeni maarifləndirici layihə – VİDEO

AQTA-dan yeni maarifləndirici layihə

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı yeni maarifləndirici layihəyə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “kampaniyanın ilk buraxılışının qonağı tanınmış idmançı, dünyanın ən hündür Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Musayeva olub. Alpinist düzgün qidalanmanın və təhlükəsiz qida seçiminin idman nəticələrinə birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, qeydiyyatdan keçməyən bioloji aktiv qida məhsullarının və idman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq və idman karyerası üçün ciddi risk yaradır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.