Press "Enter" to skip to content

Tələbələr MEK-də Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olub

Tələbələr MEK-də Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olub

BAYRAQDAR MEDİA – Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Bu əlamətdar gün ərəfəsində universitet tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov sərgi barədə gənclərə ətraflı məlumat verib. Direktor vurğulayıb ki, Heydər Əliyev guşəsində Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, azərbaycançılıq ideyaları, təlim-tərbiyə siyasətinin fəlsəfəsi, həmçinin milli-mənəvi dəyərlərlə bağlı fikirlərini əks etdirən dəyərli nəşrlər nümayiş olunur. Kitabxanada daimi sərgilənən İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu siyasi-ictimai fəaliyyətlərini əks etdirən nəşrlər haqqında da məlumat verən kitabxana rəhbəri nümayiş olunan əsərlərin dövlətçiliyin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Direktor bildirib ki, MEK-də Ulu Öndərin zəngin siyasi irsinin təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində məqsədyönlü iş aparılır”.

Ardınca xəbərdə, “daha sonra H.Hüseynov MEK-də fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, burada bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyevin, Prezident, 44 günlük Vətən Müharibəsinin qalib Sərkərdəsi İlham Əliyevin və Mehriban Əliyevanın zəngin irsinə, həmçinin Azərbaycanın dövlətçilik tarixinə dair ədəbiyyatın komplektləşdirilməsi və rəqəmsallaşdırılması həyata keçirilir. O qeyd edib ki, son illərdə şöbənin uğurla reallaşdırdığı mühüm layihələrdən biri də H.Əliyevin irsinin tədqiqi və təbliği məqsədilə təşkil olunan silsilə “Heydər Əliyev lektoriyaları”dır” deyə bildirilir.

Sərgidə və fondda nümayiş etdirilən nəşrlər tələbələrdə böyük maraq və dərin təəssürat yaradıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.