Press "Enter" to skip to content

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.

Bu barədə ADSEA-dan məlumat verilib.

Məlumatda deyilir ki, su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların tənzimləmə işlərinin düzgün təşkili və primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyalarının təkmilləşdirilməsi və yeni güclü nasoslar qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib: “Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb. Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilərdən bir neçəsini Abşeron, Binəqədi, Xəzər, Nərimanov rayonlarını misal göstərə bilərik. Artıq su verilişi əvvəlki qrafikə uyğun məhdudlaşdırılmır, əksinə 24 saat boyunca davamlıdır. Bu, əhalinin gündəlik su ehtiyaclarını qarşılayır və su kəsilmələrinin qarşısını alır”.

Məlumatda deyilir ki, iyirmi beş min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunun sakinləri arasında bu mövzu ilə bağlı kiçik sorğu da keçirilib: “Sakinlər fasiləsiz su təchizatı ilə təmin olunduqlarını təsdiqləyərək ötən illərlə müqayisədə indiki nəticəni müsbət qiymətləndiriblər, abonent məmnunluğunun artırılmasına xidmət edən işlərin səmərəli təşkilinə görə icraçılara minnətdarlıqlarını bildiriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.