BAYRAQDAR MEDİA – Türkiyənin ən böyük sosial məkanlarından biri olan, 90 min kvadratmetr sahəni əhatə edən Iğdır Millət Bağı havaların isinməsi ilə birlikdə ziyarətçi axınına məruz qalmağa başlayıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, vətəndaşların yüksək marağını nəzərə alan aidiyyəti qurumlar ərazidə genişmiqyaslı baxım və landşaft işlərinə başlayıblar: “Görülən işlərin əsas istiqamətini parkın vizual görünüşü ilə diqqət çəkən nəhəng dekorativ hovuz təşkil edir. Axşam saatlarında rəngli işıqlandırması ilə unikal mənzərə yaradan hovuzda aşağıdakı işlər həyata keçirilir”.
Baxım və təmir işləri başa çatdıqdan sonra nəhəng hovuz yenidən su ilə doldurulacaq. Iğdır Millət Bağı yenilənmiş görnüşü və işıqlı su şouları ilə yay axşamlarında da vətəndaşların istirahət məkanlarından biri olaraq fəaliyyətini davam etdirəcək.






İlk şərhi yaza bilərsiniz