BAYRAQDAR MEDİA – Süleyman DEmirəl Universitetinin (SDÜ) tələbələri yaşlı insanların sosial həyata daha fəal qoşulmasını dəstəkləmək məqsədilə xüsusi layihə həyata keçiriblər. Üç həftə davam edən “Yaşlı fəaliyyət proqramı” yekun tədbirlə başa çatıb. Layihə Isparta Valiliyinin Baxım, Reabilitasiya və Ailə Məsləhət Mərkəzində təşkil olunub.
Proqram çərçivəsində yaşlı şəxslərin həm fiziki, həm də psixoloji baxımdan dəstəklənməsi məqsədilə müxtəlif fəaliyyətlər keçirilib. Son gün təşkil olunan sənət terapiyası tədbirində iştirakçılar “Həyat yolçusu” mövzusunda rəsmlər çəkərək öz həyat hekayələrini rənglər və xətlərlə ifadə ediblər.
Layihə boyunca sənət terapiyası, fiziki fəaliyyətlər və psixoloji dəstək proqramları həyata keçirilib. Təşkilatçılar bildiriblər ki, əsas məqsəd yaşlı insanların sosial əlaqələrini gücləndirmək, həyat keyfiyyətini artırmaq və onların özlərini daha fəal hiss etməsinə şərait yaratmaqdır






İlk şərhi yaza bilərsiniz