BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonunda ölkənin turizm imkanları tanıdılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ziyarətçilərə Azərbaycanın mədəni turizm, qastroturizm, qış turizmi, ekoturizm, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı və “Zəfər Yolu” marşrutu boyunca turizm imkanları barədə ətraflı məlumat verilir. Milli stenddə ziyarətçilərə virtual reallıq (VR) texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif turistik məkanlarını kəşf etmək imkanı təqdim olunur, şəbəkə ustası tərəfindən keçirilən master-klaslar çərçivəsində iştirakçılara şəbəkə sənəti tanıdılır”.
Daha sonra xəbərdə, “sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini təqdim edən məlumat sessiyası keçirilir və milli şirniyyatlarla çay təqdim olunur. Bundan əlavə, ziyarətçilər üçün quş müşahidəsi turizminin təşviqinə həsr olunmuş təqdimat sessiyaları təşkil olunaraq Azərbaycanın ekoloji müxtəlifliyi və milli parkları haqqında ətraflı məlumat verilir” deyə qeyd olunur.
Tədbir müddətində Azərbaycan turizminə həsr olunan məlumatlandırıcı sessiyalar davam etdiriləcək.






İlk şərhi yaza bilərsiniz