Press "Enter" to skip to content

Troya irsi Kolizeydə

Kollaj

BAYRAQDAR MEDİA – Çanakkalenin dünya mədəni irsi olan Troya, Romanın simvolik abidəsi Kolizeydə keçirilən qlobal miqyaslı bir vizyon layihəsi ilə dünyaya açılıb. Bu nüfuzlu təşkilatın arxasında Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) elmi potensialı və Troya qazıntılarının rəhbəri prof. dr. Rüstəm Aslanın kuratorluq vizyonu dayanır.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Mədəniyyət Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən və 18 oktyabr 2026-cı il tarixinədək açıq qalacaq “Troya və Roma: Antik Aralıq dənizinin mifləri, əfsanələri və hekayələri” sərgisi beynəlxalq arxeologiya dünyasında geniş rezonans doğurub.

Türkiyənin 19 müxtəlif muzeyindən seçilmiş 221 nadir əsərin yer aldığı bu möhtəşəm sərgi yalnız arxeoloji tapıntıların nümayişi deyil, həm də Çanakkalenin akademik gücünün beynəlxalq səviyyədə təqdimatıdır.

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu layihənin Türk–İtalyan mədəni əməkdaşlığının ən mühüm nümunələrindən biri olduğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.