BAYRAQDAR MEDİA – Türkiyədə siyasi səhnədə yeni proseslər baş verir. Bu arada Yenidən Rifah Partiyasının sədr müavini Doğan Bekin Səadət Partiyası ilə aparılan əməkdaşlıq danışıqlarında mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb. O bildirib ki, Gələcək Partiyasının da bu prosesə qoşulacağına ümid edirlər.
Bu barədə 45haber.com saytı məlumat yayıb.
Məlumata görə, Doğan Bekin bildirib ki, iki partiya arasında aparılan danışıqlar müəyyən mərhələyə çatıb və digər siyasi qüvvələrin də bu təşəbbüsə dəstək verməsi gözlənilir.
Məlumatda o da qeyd edilib ki, Ahmet Davudoğlunun təsis etdiyi Gələcək Partiyasının fəaliyyətinə xitam verməsi fonunda Türkiyə siyasətində yeni əməkdaşlıq modelləri gündəmə gəlib: “Bekin əvvəllər də Gələcək Partiyası ilə müxtəlif mövzularda təmasların olduğunu, lakin nəticə əldə edilmədiyini xatırladıb. O, Yeni Yol Qrupuna mümkün dəstəyin isə partiyanın səlahiyyətli orqanlarında müzakirə ediləcəyini bildirib. Türkiyə Böyük Millət Məclisinin daxili nizamnaməsinə əsasən, parlamentdə fraksiya yaratmaq üçün ən azı 20 deputatın olması tələb olunur”.






İlk şərhi yaza bilərsiniz