BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Bakı Reabilitasiya Mərkəzinin benefisiarlarının “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “səfər iştirakçıları qədim tarixi-mədəni abidələrdən biri olan Atəşgah Məbədini ziyarət edib, abidə barədə məlumatlarla tanış olublar. Qonaqlar həmçinin “Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” çərçivəsində təqdim olunan müxtəlif nümunələr və tədbirlərlə bağlı da məlumatlandırılıblar”.
Xüsusilə festival ərazisində nümayiş etdirilən retro avtomobillər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.






İlk şərhi yaza bilərsiniz