Press "Enter" to skip to content

Azərbaycan millisindən Avropa çempionatında rekord

Azərbaycan millisindən Avropa çempionatında rekord

BAYRAQDAR MEDİA – Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub. Yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “boksçu Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və milli tarixi ilki reallaşdırıb. İndiyədək idmançılar analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olublar. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə Azərbaycan təmsilçiləri 4 dəfə fəxri kürsüyə yüksəliblər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur”.

Ardınca xəbərdə, “millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib. Qeyd edək ki, çempionata sentyabrın 25-də yekun vurulacaq” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.