Press "Enter" to skip to content

Azərbaycan boksçularının Avropa çempionatında uğuru

Azərbaycan boksçularının Avropa çempionatında uğuru

BAYRAQDAR MEDİA – Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir. Yarışın yeddinci günündə də Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “Sübhan Mamedov (50 kq) yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gəlib. Dünya çempionu 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. S.Mamedovun həlledici döyüşdə rəqibi Bair Batlayev (Rusiya) olacaq. Qarşılaşma sentyabrın 24-də baş tutacaq. Nəbi İsgəndərov (70 kq) da adını finala yazdırıb. Azərbaycan boksçusu Con MakKonnellidən (İrlandiya) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28). Dünya kubokunun mükafatçısı qızıl medal döyüşündə Sergey Koldenkovla (Rusiya) gücünü yoxlayacaq. Görüş sentyabrın 25-nə təsadüf edəcək”.

Ardınca xəbərdə, “komanda yoldaşlarının uğurunu Səidcəmşid Cəfərov (75 kq) da davam etdirib. Dünya çempionatının mükafatçısı Kevin Skottu (İsveç) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, sentyabrın 24-də yarımfinalda Kalum Meykinlə (İngiltərə) münasibətinə aydınlıq gətirəcək. Məhəmməd Abdullayev (+90 kq) isə yarımfinalda Damar Tomasla (İngiltərə) qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından boksçumuz bürünc medala yiyələnib” deyə bildirilir.

Qeyd edək ki, bu gün 2 boksçumuz yarımfinal, 1-i final qarşılaşmasına çıxacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.