BAYRAQDAR MEDİA – Şimali Makedoniyanın idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbədə deyilir ki, “səfər çərçivəsində sentyabrın 24-də nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb”
Daha sonra xəbərdə, “görüşdən əvvəl GİN ilə Şimali Makedoniyanın İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Görüş zamanı Azərbaycan ilə Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz